MDU kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

2025-ci ilin 10 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) kollektivi, tələbə və magistrantları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Mingəçevir şəhərində ucaldılmış abidəsini ziyarət ediblər.

Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi dərin hörmət və böyük ehtiramla yad edilib. Müasir və müstəqil Azərbaycanın memarı olan Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri minnətdarlıqla xatırlanıb, onun əbədiyaşar ideyalarının bu gün də dövlət siyasətimizin əsasını təşkil etdiyi vurğulanıb.

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.