İqtisadi tədqiqatlar mərkəzi

Mərkəz haqqında

İqtisadi Tədqiqatar Mərkəzi Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28.12.2024-cü il tarixli, 47 nömrəli qərarı ilə yaradılmışdır. Mərkəzin fəaliyyətinin təşkili  MDU rektorunun əmri ilə təyin olunmuş  rəhbər tərəfindən həyata keçirilir. 

İqtisadi Tədqiqatlar Mərkəzinin aşağıdakı vəzifələri vardır:
-İqtisadi sahələr üzrə elmi-tədqiqat aparmaq, bu sahədə nəzəriyyə və praktika arasında əlaqə yaratmaq;
-Dövlət və özəl sektorda iqtisadi tədqiqatların səmərəliliyini artırmağa yönəlmiş təhlil və təkliflər hazırlamaq
-İqtisadi tədqiqatların təsirlərini qiymətləndirmək və bu sahədə tədbirlər təklif etmək;
-Mərkəzin fəaliyyətinə dair beynəlxalq təcrübəni öyrənmək və bu təcrübəni Azərbaycan şərtlərinə uyğunlaşdırmaq;
-İqtisadi tədqiqatlarla bağlı mütəxəssislər və kadrlar hazırlamaq;
-İqtisadi tədqiqatların icrası ilə əlaqədar təlimlər və seminarlar təşkil etmək.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

-İqtisadi tədqiqatlar sahəsində elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, bu sahədə innovativ ideyalar yaratmaq;
-Azərbaycan Respublikasının iqtisadiyyatının müasirləşdirilməsi prosesinə töhfə vermək;
-İqtisadi tədqiqatların həyata keçirilməsi istiqamətində təhlil və tövsiyələr hazırlamaq;
-İqtisadi istiqamətli kafedraların elmi-tədqiqat mövzularının və magistrantlara verilən mövzuların seçilməsində iştirak etmək;
-Magistrantların “Tədqiqatlar, kommunikasiya və innovasiya”, “Elmi-tədqiqat” və “Elmi-pedaqoji” təcrübələrinin keçirilməsi zamanı “Doktorantura və Magistratura Mərkəzi” ilə əməkdaşlıq etmək;
-Magistrantların tədqiqatlarının nəticələrinin dərc etdirilməsinə köməkliyin göstərilməsi.

Mərkəzin müdiri

Mərkəzin rəhbəri:

Məmmədli Vüqar Əhməd oğlu – İqtisad elmləri üzrə fəlsəfə doktoru, “İqtisadiyyat” kafedrasının dosenti.

01 may 1977-ci il tarixində Ağdaş rayonunda anadan olmuşdur. 1994-cü ildə Ağdaş şəhəri, Nizami Gəncəvi adına 2 saylı orta məktəbi bitirmiş və Azərbaycan Dövlət İqtisad İnstitutunun “Maliyyə-kredit” fakültəsinə daxil olmuşdur.  1998-ci ildə “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasında təhsil almış, 2015-2018-ci illərdə isə doktorantura pilləsi üzrə ali təhsilini yekunlaşdırmış və “iqtisad elmləri üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi almağa haqq qazanmışdır.
Əmək fəaliyyətinə 1998-ci ildə Vergi orqanlarında başlamış və hal-hazırda Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının dosentidir. Eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitunun elmlər doktorluğu proqramı üzrə  dissertantıdır. “Azərbaycanda vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri” adlı tədqiqat işi aparır. 1 dərs vəsaitinin, 50-ə yaxın məqalə və tezisin müəllifidir.

Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e., tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalovun 16 yanvar 2025-ci il tarixli  01-03/4 saylı əmri ilə ictimai əsaslarla İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbər təyin edilmişdir.

Əməkdaşlar

İqtisadi Tədqiqatlar Mərkəzinin üzvləri:

  1. f.d., dos. Abdullayev Kamran Nurəddin oğlu- Elm və Təhsil Nazirliyinin “İqtisadiyyat İnistitu”nun əməkdaşı.
  2. f.d. Məmmədli Yeganə Zakir qızı- MDU-nun “İqtisadiyyat” kafedrasının baş müəllimi.
  3. Musayev Pünhan Günəş oğlu- “Sosial Tədqiqatlar Mərkəzi”nin əməkdaşı.
  4. Məmmədov Saqib Yaşar oğlu- MDU-nun “Biznes və menecment” kafedrasının müəllimi; Gəncə Dövlət Universitetinin dissertantı.
  5. Nadirova Aytən İlham qızı- MDU-nun “İqtisadiyyat” kafedrasının müəllimi; Ankara Hacı Bayram Veli Universitetinin doktorantı.

Fəaliyyət planı

Tədbirlər

Əlaqə

Tel: +994 50 351 94 77
   e-mail: vuqar.mammadli@mdu.edu.az

Mərkəz haqqında

2016-cı ildə Mingəçevir Dövlət Universitetində yeni struktur – Magistratura sektoru fəaliyyətə başlamışdır. 2016/2017-ci tədris ilindən universitetdə magistratura təhsil səviyyəsinə qəbul 12 ixtisas üzrə başlanmışdır.

– 060101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;

– 060103 Xarici dil müəllimliyi (dillər üzrə);

– 060105 Riyaziyyat müəllimliyi;

– 060113 İnformatika müəllimliyi;

– 060115 İbtidai sinif müəllimliyi;

– 060404 İqtisadiyyat;

– 060405 Sənayenin təşkili və idarə edilməsi;

– 060608 Elektroenergetika mühəndisliyi;

– 060609 İstilik energetikası mühəndisliyi;

– 060622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi;

– 060632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;

– 060649 Ekologiya mühəndisliyi.

İdarəetmənin səmərəliliyinin yüksəldilməsi, qərarqəbuletmə və icra prosesində çevikliyin artırılması, qabaqcıl yerli və beynəlxalq təcrübədən istifadəyə şərait yaradılması məqsədilə 2019-cu ildə MDU-da Magistratura və doktorantlarla iş şöbəsi yaradıldı.

2020/2021-ci tədris ilindən daha 2 ixtisas üzrə magistratura təhsil səviyyəsinə qəbul aparılmağa başlandı:

– 060409 Biznesin idarə edilməsi;

– 060410 Dövlət və bələdiyyə idarəetməsi;

Mərkəzin müdiri

Əməkdaşlar

Günel Kərimli 

E-mail: gunel.karimli@mdu.edu.az

Xəbərlər