MÜHƏNDİSLİK FAKÜLTƏSİ

  • Post category:Category (AZ)

Mühəndİslİk FAKÜLTƏSİ 

        1. Dekanlığın yaranması və fəaliyyət dövrü

Mühəndislik fakültəsi 1991-ci ildə Mingəçevir Politexnik İnstitutu “Energetika” fakültəsi kimi fəaliyyətə başlayıb, sonralar 1994-cü ildən “Energetika və mexanika” fakültəsi kimi fəaliyyət göstərib.

Müxtəlif vaxtlarda fakültəyə 1991-2000-ci illərdə dosent Asalan Dəmirli, 2000-2002-ci illərdə dosent Rauf Məmmədov, 2002-2015-ci illərdə dosent Qəhrəman Kələşov rəhbərlik edib. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının 24 iyul 2015-ci il tarixli sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar yenidən təşkil olunan “Energetika və mexanika” fakültəsinə texnika üzrə fəlsəfə doktoru, dosent Vüqar Sabir oğlu Mustafayev rəhbərlik edir. 2016-cı il sentyabr ayından fakültə yenidən formalaşıb və Mühəndislik fakültəsi adlandırılıb.

2. Bakalavr səviyyəsi üzrə Mühəndislik fakültəsi nəzdində fəaliyyət göstərən ixtisaslar:

050608 Elektroenergetika mühəndisliyi

050609 İstilik energetikası mühəndisliyi

050612 Maşın mühəndisliyi

050622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

050632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

050649 Ekologiya mühəndisliyi

050655 İnformasiya texnologiyaları

050643 Çoxişlənən malların texnologiyası mühəndisliyi

Hazırda fakültə mühəndis sahəsi üzrə bir neçə ixtisas qruplarını özündə birləşdirir və tərkibində 4 ixtisas kafedrası fəaliyyət göstərir. Energetika, Fizika və ekologiya, Mexanika və İnformasiya texnologiyaları kafedraları tərəfindən bakalavr pilləsi üzrə ən populyar 8 ixtisas üzrə mühəndis mütəxəssislər hazırlanır. Magistr təhsil pilləsi üzrə isə 5 ixtisas üzrə magistrantlar təhsillərini davam etdirirlər. Artıq bir neçə ildir ki, universitet, o cümlədən fakültə də Baloniya, yəni kredit tədris sisteminə keçib ki, bu da universitetin diplomlarının xarici ölkələrdə, o cümlədən Avropada tanınmasına imkan verir. Hazırda fakültədə yuxarıda qeyd edilən ixtisaslar üzrə bakalavr pilləsi üzrə 411 nəfər, magistr pilləsi üzrə isə 21 tələbə təhsil alır. Onların əksəriyyəti Mingəçevir şəhərindən olsalar da ətraf bölgələrdən olan tələbələrin sayı da getdikcə artır.

Mingəçevir Dövlət Universiteti nəzdində Mühəndislik fakültəsinin mövcudluğu region üçün ixtisaslı mühəndis kadrların hazırlanmasında böyük əhəmiyyət kəsb edir.

Fakültə üzrə tədris prosesində 58 nəfər professor-müəllim, o cümlədən 1 nəfər professor, 18 nəfər dosent, fəlsəfə doktorları, 4 nəfər fəlsəfə doktoru, baş müəllim, 1 nəfər fəlsəfə doktoru, müəllim, 11 nəfər baş müəllim, 16 nəfər müəllim və 7 nəfər böyük laborant və laborant iştirak edir.

Fakültənin fəaliyyətdə olduğu dövrdə əməkdaşlardan 1 nəfəri dissertasiya işini müdafiə edərək elmlər doktoru dərəcəsi, 6 nəfəri elmlər namizədi dərəcəsi, 5 nəfər isə dosent adı alıb, 7 nəfər hazırda dissertant kimi dissertasiya işi üzərində işləyir, o cümlədən bir neçə nəfər müdafiə ərəfəsindədir. Fakültənin bir neçə əməkdaşı artıq püxtələşmiş mütəxəssis-alim kimi respublikamızın aparıcı universitetlərinə, rəhbər orqanlara dəvət olunub və orada da işləyirlər. Fakültənin məzunları müxtəlif iri firma və müəssisələrdə, xarici təşkilatlarda, nazirlik və komitələrdə, respublikamızın mərkəzi və yerli icra orqanlarında, bələdiyyə strukturlarında, ali, orta ixtisas və ümumtəhsil müəssisələrində çalışırlar. Həmçinin, məzunların bir çoxu respublikanın aparıcı ali təhsil ocaqlarının magistratura şöbələrində təhsillərinin davam etdirirlər. Fakültənin geniş perspektiv planları vardır və tədris ölkədə aparılan təhsilin yeniləşməsi və inkişafı sahəsində dövlət siyasətinə uyğun həyata keçirilir.

3. Rəhbərlik haqqında məlumat

Dekan: Mustafayev Vüqar Sabir oğlu – texnika üzrə fəlsəfə doktoru, dosent

V.S.Mustafayev 12 noyabr 1966-cı ildə Mingəçevir şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Texniki Universitetinin Robot texnikası fakültəsinin “Yükqaldırıcı nəqliyyat, yol və inşaat maşınları və avadanlığı” ixtisasına qəbul olunub və 1991-ci ildə universiteti bitirmişdir. (mövcud qanunvericiliyə uyğun olaraq 1985-87-ci illərdə həqiqi hərbi xidmətdə olub).

1991-ci ildən 1993-cü ilə kimi Azərbaycan Texniki Universitetində “Maşın detalları və YQNM” kafedrasında stajor-tədqiqatçı, 1993-cü ildən 1999-cu ilə kimi Azərbaycan DRES Tikinti-Quraşdırma İdarəsində Təhlükəsizlik Texnikası üzrə baş mühəndis vəzifəsində çalışıb. Bu illər ərzində Mingəçevir Politexnik İnstitutunda saat hesabı müəllim vəzifəsində çalışıb. 1998-ci ildə Mingəçevir Politexnik İnstitutunda 1,0 ştat müəllim, 2006-cı ildən baş müəllim, 2010-cu ildən isə dosent vəzifəsində işləyib.

2005-ci ildə Azərbaycan Texniki Universitetində “Maşınşünaslıq, maşın detalları və ötürmə sistemləri” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi dərəcəsi alıb. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nin qərarı ilə dosent elmi adı verilib.

1994-2013-cü illər ərzində beynəlxalq təşkilatlarda bölmə rəhbəri, baş monitor, şöbə müdiri, koordinator və s. vəzifələrdə çalışıb.

2015-ci ildə MPİ-nin “Nəqliyyat və maşın mühəndisliyi” kafedrasının müdiri vəzivəsinə təyin edilib. 2015-ci ildə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar olaraq yenidən təşkil edilən “Energetika və mexanika” fakültəsinin dekanı vəzifəsinə təyin edilib. 2016-cı il sentyabr ayından yenidən formalaşan fakültə Mühəndislik fakültəsi adlandırılıb və dosent Vüqar Mustafayev vəzifəsini icra etməkdədir.

V.Mustafayev 48 elmi və tədris metodiki işin, o cümlədən 1 ixtiranın, 3 dərs vəsaitinin, 2 metodiki vəsaitin, 1 metodiki göstərişin, 8 fənn üzrə qrifli tədris proqramının və 33-dan çox elmi məqalənin müəllifidir.    

Ailəlidir. İki övladı var.

Dekan müavini: Qəhrəmanov Səbuhi Əbdül oğlu – texnika üzrə fəlsəfə doktoru, dosent

S.Ə.Qəhrəmanov 3 dekabr 1981-ci ildə Ağdam rayonunun Saybalı kəndində anadan olmub. 1999-cu ildə Mingəçevir Politexnik İnstitutunun “Energetika və mexanika” fakültəsinin “Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı” ixtisasına qəbul olunb və 2003-cü ildə bakalavr pilləsini bitirib.

2003-cü ildə Mingəçevir Politexnik İnstitutunun “Energetika və mexanika” fakültəsinin “Yerüstü nəqliyyat vasitələri, yerüstü və hava nəqliyyatının istismarı” ixtisası üzrə magistratura şöbəsinə daxil olub və 2005-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib.

2005-ci ildə Azərbaycan Texniki Universitetinin “Riyaziyyat” kafedrasının aspirantı olub. 2008-ci ildə “Qruntda yerləşən konstruksiyaların korroziyalanmış elementlərinin rəqsləri” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almıb.

2009-cu ildən 2011-ci ilə qədər Mingəçevir Politexnik İnstitutunda Elmi katib vəzifəsində çalışıb, 2011-ci ildən Mingəçevir Politexnik İnstitutunun “Energetika və mexanika” fakültəsinin dekan müavini vəzifəsində işləyib.     

2015-ci ildə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar olaraq yenidən təşkil edilən “Energetika və mexanika” fakültəsinin dekan müavini vəzifəsinə təyin edilib. 2016-cı ilin sentyabr ayından fakültənin adı Mühəndislik adlandırılıb və S.Qəhrəmanov vəzifəsini icra etməkdədir. 21 elmi məqalənin və tədris metodiki işin müəllifidir.    

Ailəlidir. Üç övladı var.

4. Mühəndislik fakültəsinin əməkdaşları

1. Mustafayev Vüqar Sabir oğlu – dekan

2. Qəhrəmanov Səbuhi Əbdül oğlu – dekan müavini

3. Məmmədova Sevinc Nizami qızı – tyutor

4. Yolçuyeva Lətafət Salik qızı – tyutor

5. İsmayılova İradə Məhəmməd qızı – tyutor 

6. Məmmədova Şəfəq Nurəddin qızı – baş operator