MDU-da gənc nəsil elm sahəsində formalaşır
Mingəçevir Dövlət Universitetində Sənayenin təşkili və idarəetmə kafedrasının dosenti iqtisad üzrə fəlsəfə doktoru Emiliya Yəhya qızı Hüseynovanın və kafedranın baş müəllimi Zaur Yusif oğlu Rəsulovun “Menecment” fənni üzrə metodik vəsaiti nəşr olunub.
Metodik vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 avqust 2014-cü il tarixli 913 №-li əmri ilə 050402 “Mühasibat uçotu və audit”, 050403 “Maliyyə”, 050404 “İqtisadiyyat”, 050405 “Sənayenin təşkili və idarə olunması”, 050407 “Menecment”, 050408 “Marketinq”, 050409 “Biznesin idarə edilməsi”, 050410 “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları üçün təsdiqlənmiş “Ali təhsil pilləsinin dövlət standartı: bakalavriat səviyyəsinin ixtisas üzrə təhsil proqramı”na uyğun işlənib hazırlanmışdır.
Metodik vəsait “Menecment” fənninı tədris edən müəllimlər, ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.
Metodik vəsaitə Mingəçevir Dövlət Universitetninin “Sənayenin təşkili və idarəetmə” kafedrasının dosenti, i.f.d. Fərman İsgəndərov, Mingəçevir Dövlət Universitetninin “İqtisadiyyat” kafedrasının dosenti, i.f.d. Ofeliya Səmədova, Azərbaycan Texnologiya Universitetinin “Sənayenin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri, i.f.d., dosent Yusif Hümbətov, Azərbaycan Texnologiya Universitetinin “Menecment” kafedrasının dosenti, i.f.d. Maarif Qarayev rəy vermişlər.
“Menecment” fənni üzrə metodik vəsait nəşr olunmaq üçün Mingəçevir Dövlət Universitetinin Elmi Şurasında təsdiq edilmişdir.
76 səhifəlik metodik vəsait Mingəçevir Dövlət Universiteti İnformasiya Texnologiyaları Mərkəzində nəşr edilmişdir.