MDU futbolçuları Gəncədən bürünclə döndülər Запись опубликована:23.11.2018 Post category:Xəbərlər (AZ) MDU futbolçuları Gəncədən bürünclə döndülər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Tələbə Günü münasibətilə Gəncə Olimpiya İdman Kompleksində tələbə-gənclər arasında ənənəvi mini futbol turniri baş tutub. Görüşdə Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universitetinin təmsilçiləri iştirak ediblər. İlk görüş MDU və ADAU təmsilçiləri arasında baş tutub. Gərgin keçən mübarizə şəraitində ADAU komandası 8 : 5 hesabı ilə qalib gəlib. İkinci görüş GDU və ATU təmsilçiləri arasında baş tutub və 4 : 2 hesabı ilə GDU komandası qalib gəlib. Növbəti mərhələdə 3 və 4-cü yerlər uğrunda MDU və ATU komandaları mübarizə aparıblar. Nəticədə 4:1 hesablı qələbə ilə Mingəçevir Dövlət Universitetinin komandası III yerə, Azərbaycan Texnologiya Universitetinin komandası isə IV yerdə qərarlaşıb. I və II yerlər uğrunda GDU və ADAU komandaları mübarizə aparıblar. Görüşün əsas hissəsində hesab açılmayıb. Əlavə olunmuş vaxtda qalib yenə müəyyənləşməyib. Qalibi müəyyənləşdirmək penalti seriyasına qalıb. Penalti seriyasında Gəncə Dövlət Universiteti komandası 1 top hesabı ilə turnirin qalibi olub. {phocagallery view=category|categoryid=79|limitstart=0|limitcount=0} Еще статьи ƏvvəlkiRobot texnologiyalarına daha doğru bir addım SonrakıBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilib Digər yazılar Mingəçevir Dövlət Universitetində imtahan sessiyasına start verilib 05.01.2022 Qurban bayramı münasibətilə MDU kollektivinə təbrik 11.08.2019 MDU tələbələrinə İKT sahəsində təlim keçirilib 18.12.2018 Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır 28.04.2021 MDU-da “AFBİA”İB və “İnvestAz investisiya şirkəti” təlim keçib 23.04.2019 ADA Universitetinin əməkdaşları Mingəçevir Dövlət Universitetində seminar keçiriblər 09.12.2021 Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib 14.01.2021 Mingəçevir Dövlət Universitetinin tələbələri Mingəçevir Tekstil MMC-də ekskursiyada olublar 24.10.2019
Mingəçevir Dövlət Universitetinin tələbələri Mingəçevir Tekstil MMC-də ekskursiyada olublar 24.10.2019