Mingəçevir Dövlət Universiteti tələbələrinin nəzərinə!
“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarına əsasən hazırlanmış məlumat sistemi artıq istifadəyə verilmişdir. Sistemə daxil olmaq üçün www.e-telebe.edu.az ünvanından istifadə edilməlidir. Qeydiyyat tələbə tərəfindən aparılmalıdır.
Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sisteminin istifadəçi təlimatı əlavə edilmişdir.
Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşıldığı zaman Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (146-1) müraciət edilə bilər.