You are currently viewing Rektor Şahin Bayramovun Novruz Bayramı təbriki!

Rektor Şahin Bayramovun Novruz Bayramı təbriki!

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universiteti ailəsinin dəyərli üzvləri!

Novruz bayramı münasibətilə Sizi və doğmalarınızı ürəkdən təbrik edirəm!

Hər birinizə möhkəm cansağlığı və firavanlıq arzulayıram!

Artıq ikinci ildir ki, Azərbaycan xalqının çoxəsrlik tarixi ənənələrini və zəngin mədəniyyətini tərənnüm edən Novruz bayramını ərazi bütövlüyümüzün təmin olunduğu şəraitdə qeyd eməyin qürurunu yaşayırıq!

Əzəli torpaqlarımızın azad edilməsi yolunda ŞƏHİD olmuş qəhrəmanlarımızı bu bayramda böyük ehtiram və dərin minnətdarlıqla anırıq!

İnanıram ki, baharın gəlişi ilə hamılıqla doğma universitetimizin uğurları üçün daha əzmlə çalışacağıq!

Novruz bayramınız mübarək olsun!