Vətənpərvərlik
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.
Xəbərlər
Zəngilan rayonu Ağalı kənd orta məktəbinin gənc müəllimi, MDU-nun məzunu haqqında reportaj
ARB Televiziyası işğaldan azad edilən doğma torpaqlarımızda fəaliyyətə başlayan ilk təhsil müəssisəsi olan Zəngilan rayonu Ağalı kənd orta məktəbinin gənc
MDU kollektivi antiterror əməliyyatları zamanı şəhid olan Xəyal Canbaxışovun ailəsini ziyarət edib
Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 2023-cü ilin sentyabr ayında aparılan antiterror əməliyyatları zamanı şəhid
8 Mart – Beynəlxalq Qadınlar Günü münasbiətilə şəhid anaları ziyarət edilib
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük
MDU məzunları Qarabağda müəllimliyə başlayacaqlar
Azərbaycan Müəllimi, 01.09.2023 Gənc müəllimlər işğaldan azad olunmuş şəhərlərimizdə işləməyə qərar veriblər Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə