MDU futbolçuları Gəncədən bürünclə döndülər Post published:23.11.2018 Post category:Xəbərlər (AZ) MDU futbolçuları Gəncədən bürünclə döndülər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Tələbə Günü münasibətilə Gəncə Olimpiya İdman Kompleksində tələbə-gənclər arasında ənənəvi mini futbol turniri baş tutub. Görüşdə Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universitetinin təmsilçiləri iştirak ediblər. İlk görüş MDU və ADAU təmsilçiləri arasında baş tutub. Gərgin keçən mübarizə şəraitində ADAU komandası 8 : 5 hesabı ilə qalib gəlib. İkinci görüş GDU və ATU təmsilçiləri arasında baş tutub və 4 : 2 hesabı ilə GDU komandası qalib gəlib. Növbəti mərhələdə 3 və 4-cü yerlər uğrunda MDU və ATU komandaları mübarizə aparıblar. Nəticədə 4:1 hesablı qələbə ilə Mingəçevir Dövlət Universitetinin komandası III yerə, Azərbaycan Texnologiya Universitetinin komandası isə IV yerdə qərarlaşıb. I və II yerlər uğrunda GDU və ADAU komandaları mübarizə aparıblar. Görüşün əsas hissəsində hesab açılmayıb. Əlavə olunmuş vaxtda qalib yenə müəyyənləşməyib. Qalibi müəyyənləşdirmək penalti seriyasına qalıb. Penalti seriyasında Gəncə Dövlət Universiteti komandası 1 top hesabı ilə turnirin qalibi olub. {phocagallery view=category|categoryid=79|limitstart=0|limitcount=0} Read more articles Previous PostRobot texnologiyalarına daha doğru bir addım Next PostBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilib You Might Also Like Prezident İlham Əliyev: “Vətən Müharibəsi – XXI əsrin müharibəsidir” 19.03.2021 Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb 07.02.2022 Azərbaycan Ordusu Ermənistanın təxribatına qətiyyətli cavab verib 15.07.2020 Rektor Şahin Bayramovun Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yubiley təbriki 19.06.2020 Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr edilmiş növbətil virtual elmi konfrans keçirilib 14.04.2020 Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib 16.04.2020 “MICROSOFT TEAMS PROQRAMI VƏ ONUN İMKANLARI” mövzusunda təlim 04.09.2020 “Könüllülər günü” qeyd olundu 18.12.2018
Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb 07.02.2022
Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr edilmiş növbətil virtual elmi konfrans keçirilib 14.04.2020