2023-cü il iyunun 21-də Mingəçevir Dövlət Universitetinin (MDU) Ankarada səfərdə olan nümayəndə heyəti qardaş ölkə Türkiyənin zəngin ənənələrə və müasir vizyona sahib Qazi Universitetinin bir qrup akademik-inzibati heyət üzvü ilə görüşüb.
Texnoloji fakültəsinin dekanı professor Musa Atar, Mühəndislik fakültəsinin dekanı professor Rahmi Ünal, bu fakültənin nəzdindəki Sənaye mühəndisliyi kafedrasının müdiri professor Bilal Toklu və hər iki fakültənin professor-müəllim heyətilə görüş zamanı qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, fikir mübadiləsi aparılıb. Qazi Universiteti ilə MDU arasında əməkdaşlığın inkişafı üçün mövcud olan yüksək potensialı lazımınca dəyərləndirməyin vacibliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, MDU-nun Ankarada olan nümayəndə heyəti səfər çərçivəsində Qazi Universiteti və Ankara Hacı Bayram Vəli Universiteti ilə birlikdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfranslar təşkil olunub.