MDU-da seminar: Sosial media

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Sosial media” mövzusunda seminar keçirilib. Ankara Hacı Bayram Vəli Universitetinin MDU-da fəlaiyyət göstərən qonaq professoru Evren Güçerin təqimatında keçirilən seminarda universitetin bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib.

Seminar zamanı prof. E.Güçer sosial medianın həyatımıza inteqrasiyası, onun yaratdığı imkanlar, müsbət və mənfi tərəfləri, korporativ mədəniyyətin formalaşmasında sosial medianın təsiri və digər məsələlər haqqında məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.