2022/2023-cü tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcəkdir.
TEFL (Teaching English as a Foreign Language) sertifikatlı qonaq mütəxəssis bir il ərzində MDU-da “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsinə yardım edəcəkdir.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişafına, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılmasına hədəflənən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Amerikalı mütəxəssis MDU-da fəaliyyət göstərəcək
- Post published:19.08.2022
- Post category:MDU xəbərləri
You Might Also Like

MDU-da elmi-praktik seminar keçirilib

MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan elmi konfrans keçirilib

Növbəti tələbə elmi konfransı keçirilib

MDU-nun Elmi Şurasının növbəti iclası keçirilib

“Strateji kommunikasiya” mövzusunda təlim keçirilib

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Mingəçevir Dövlət Universitetində olub

Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” mövzusuna həsr edilmiş XVIII elmi konfransı keçirilib
